Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Kruiz gəmisi ilə Türkiyəyə 300 min turist səyahət edib

Bakı, TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyəyə kruiz gəmisi ilə 300 min turist səyahət edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumata əsasən, 2023-cü ilim yanvar-may aylarında Türkiyə limanlarına gələn kruiz gəmilərinin sayı 43 faiz artaraq 279-a çatıb.

Məlumatda o da qeyd edilib ki, hədəf ilin sonuna qədər turist sayını 1,5 milyona çatdırmaqdır.

“Hesabat dövründə Kuşadasında 124, İstanbulda 50, Çeşmədə 20, Bodrumda 19, Antalyada səkkiz kruiz gəmisi lövbər salıb. Kuşadası 157 min 940 nəfərlə ən çox qonaq qəbul edən liman olub”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyəyə kruiz gəmisi ilə 1,6 milyon turist səyahət edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər