Son dəqiqə

Türkiyə İstanbul Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyənin turizm sənayesi davamlı yüksəlişini davam etdirir

Bakı. TurkicWorld:

Türkiyənin turizm sənayesi davamlı yüksəlişini davam etdirir.

TurkicWorld-un məlumatına görə, bu barədə Discover Events idarə heyətinin sədri Yunus Ete danışıb.

"Bu ili 60 milyon turist və 56 milyard dollarla bağlamağı hədəfləyən sektor Türkiyə əsrinə güclü iddia ilə daxil olur. Türkiyə Mədəniyyət və Turizm nazirliyinin tərtib etdiyi yol xəritəsinə əsasən, turizmdən 2024-cü ildə 68 milyard dollar, 2025-ci ildə 77 milyard dollar, 2026-cı ildə 85,3 milyard dollar, 2027-ci ildə 93 milyard dollar və 2028-ci ildə 100 milyard dollar gəlir əldə edilməsi hədəflənib. Bu məqsədə çatmaq üçün ən güclü səylərdən biri turizmin şaxələndirilməsidir. Buradakı ən böyük dəstəklərdən birinin sağlamlıq turizmindən gəlməsi gözlənilir. Tətil məqsədi ilə gələn turistdən orta hesabla üç dəfə gəlir əldə edən sağlamlıq turizmində bu ilin sonuna qədər iki milyon xarici xəstənin qəbul edilməsi gözlənildiyi halda, 2028-ci ildə bu rəqəmin 5 milyona yüksəlməsi hədəflənir. Sağlamlıq turizmindən əldə edilən gəlirin 30 milyarda çatdırılması planlaşdırılır. Bu çərçivədə 9-cu Dünya Halal Sammiti çərçivəsində bu il ilk dəfə İstanbulda keçiriləcək ETHEXPO Avrasiya Turizm və Sağlamlıq Sərgisi sağlamlıq turizminə güclü töhfə verməyə hazırlaşır",- deyə sədr bildirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər