Bakı. TurkicWorld:
2023-cü ilin yanvar-avqust aylarında Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,95 faiz artaraq 36 milyon 754 min 146-a çatıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Məlumata əsasən, bu ilin avqust ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,65 faiz artaraq 6 milyon 660 min 700 nəfər olub.
"2023-cü ilin yanvar-avqust aylarında Türkiyəyə ən çox turist Rusiya Federasiyası, Almaniya və İngiltərədən gəlib. Rusiya Federasiyasından gələn turistlərin sayı əvvəlki ilin eyni dövrünə görə 44,84 faiz artaraq 4 milyon 351 min 254 nəfər, Almaniyadan gələnlərin sayı 6,03 faiz artaraq 4 milyon 82 min 994 nəfər, İngiltərədən səyahət edənlərin sayı isə 12,36 faiz artaraq 656 min 182 nəfər təşkil edib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, 2022-ci ildə Türkiyəyə ümumilikdə 51 milyon 369 min 26 turist səyahət edib.
Ləman Əsədli
Twitter: lamanasadli01