Bakı. TurkicWorld:
Türkiyənin Təhlükəsizlik Ümumi Müdirliyi narkotik tacirlərinə qarşı iki ildir davam edən istintaq tədbirləri çərçivəsində İstanbul, Muğla, Antalya, Ankara və Aydın vilayətlərində eyni vaxtda keçirilən əməliyyatda 23 şübhəlini saxlayıb.
TurkicWorld-un məlumatına görə, Avropanın bir çox ölkəsində qanunsuz fəaliyyəti olan qrupun bir milyard dəyərindəki əmlakı müsadirə edilib.
Qeyd edək ki, əməliyyat zamanı 100 milyon türk lirəsindən çox pul və qızıl-zinət əşyaları ələ keçirilib.
Xatırladaq ki, ötən günlərdə İstanbulda keçirilən əməliyyat nəticəsində tarixi əsər qaçaqmalçıları təhlükəsizlik gücləri tərəfindən saxlanılmışdı.