BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə telefon danışığı keçirib.
TurkicWorld xəbər verir ki, Abbas Əraqçinin açıqlamasına görə, tərəflər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Telefon danışığı Almaniyanın ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 15 maddəlik sülh planına münasibət bildirməsindən sonra baş tutub.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü həmin planın HƏMAS-ın tərksilah edilməsi istiqamətində imkan yarada biləcəyini bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə bazar günü planı rəsmi şəkildə rədd edib.
Əraqçi, həmçinin Pakistanın xarici işlər naziri İshaq Dar ilə də telefon danışığı aparıb.
İran rəsmisi Pakistanlı həmkarı ilə İran və Oman arasında aparılan danışıqların vəziyyətini, eləcə də Pakistan-Səudiyyə Ərəbistanı-Türkiyə müdafiə sazişi ilə bağlı məsələləri müzakirə edib.







