BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Məkkə müdafiə sazişinin heç bir hücum məqsədi daşımadığını və yalnız müdafiə xarakterli olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Pakistan hökumətinin açıqlamasına əsasən, Məhəmməd Şahbaz Şərif federal kabinetin iclasında sazişlə bağlı danışaraq onun "tamamilə və yalnız müdafiə məqsədlərinə xidmət etdiyini" deyib.
Pakistan baş naziri bildirib ki, saziş bölgədə sülhün, inkişafın və rifahın təşviqinə yönəlib.
Şərif bu razılaşmanı "müsəlman ümməti üçün güc mənbəyi" adlandırıb və sazişin hazırlanması istiqamətində səylərin uzun illər davam etdiyini qeyd edib.
Onun sözlərinə görə, Məkkə müdafiə sazişi regional sabitliyə və təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır.
Pakistan hökuməti razılaşmanın hər hansı ölkəyə qarşı yönəlmədiyini vurğulayıb.







