Türkiyə prezidentinin andiçmə mərasimi keçirilib

Türkiyə prezidentinin andiçmə mərasimi keçirilib

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

TurkicWorld-un məlumatına görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən andiçmə mərasiminə Ərdoğanın ailəsidə qatılıb.

Qeyd edək ki, bu gün axşam yerli saatla 22:00-da Türkiyənin nazirlər kabineti açıqlanacaq.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.