Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Bakı. TurkicWorld:

Bu gün Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bir çox xarici liderlərin də qatılacağı mərasimdə Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içəcək. O, əvvəlcə TBMM-in müvəqqəti sədri Dövlət Baxçalıdan mandatını alacaq, daha sonra and içəcək.

Mayın 28-də keçirilən seçkilərdə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan üçün 2028-ci ilə qədər davam edəcək növbəti prezidentlik müddəti rəsmi şəkildə başlayır.