Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbəsi gözlənilən idi - Fazil Mustafa (ÖZƏL)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbəsi gözlənilən idi - Fazil Mustafa (ÖZƏL)

Bakı TurkicWorld

Türkiyə demokratiya mübarizəsinin bariz nümunəsini göstərdi.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, qələbə gözlənilən idi.

“ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbəsi gözlənilən idi. Bu seçkinin nəticəsi Azərbaycan üçün də faydalı oldu. Çünki Azərbaycanda da bu istiqamətdə gözləntilər daha çox Ərdoğanın qələbəsi üzərində idi”,- deyə millət vəkili söyləyib.

F.Mustafa qeyd edib ki, Qarabağla və təhlükəsizliyimizlə bağlı atdığımız addımlarda Ərdoğan iqtidarının önəmli rolu var.

“Bu məsələ xalqımız üçün də müsbət nəticə kimi qiymətləndirilir. Seçkilərin nəticələri Türkiyə cəmiyyəti üçün də kursunu dəyişməyəcəyini, daha müstəqil və bölgədə daha təsiredici gücə sahib olan bir dövlət kimi mövcudluğunu davam etddirəcəyini göstərdi”, - deyə Fazil Mustafa bildirib.

Mehriban Xəlilli

@MXalilbekova