Şuşa bəyannaməsinin mövcudluğu hər kəs üçün bir mesajdır – Fazil Mustafa (ÖZƏL)

Şuşa bəyannaməsinin mövcudluğu	hər kəs üçün bir mesajdır – Fazil Mustafa (ÖZƏL)

Bakı, TurkicWorld

Şuşa bəyannaməsinin mövcudluğu hər kəs üçün bir mesajdır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Şuşa bəyannaməsinin qəbul olunmasından iki il ötsə də, bu bəyənnamənin təsir gücü kifayət qədər böyükdür.

“Bunun bir fakt olaraq mövcud olması hər kəs üçün bir mesajdır. Yəni, Azərbaycana qarşı kimsə pis niyyətli addım atsa, Türkiyə dərhal buna müdaxilə edəcək. Eyni zamanda da Türkiyə ilə bağlı məsələlərdə Azərbaycanın müdaxilə edəcəyi hər kəsə aydın olmalıdır”, -deyə millət vəkili söyləyib.

Fazil Mustafa qeyd edib ki, Azərbaycana qarşı hansısa bir ölkənin kobud addımlar atması onun üçün baha başa gələcək.

“Şuşa Bəyənnaməsinin müddəaları addım-addım həyata keçirilməkdədir. Bu müddəalardan biri də Şuşa da konsulluğun açılması məsələsidir. Əgər biz Şuşada baş konsulluq açılması məsələsin gündəmə gətirsək, Türkiyə dərhal bunu edəcək. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Şuşadakı baş konsulluğun istənilən vaxt açmağa hazır olduğunu qeyd etmişdi. Bu da olduqca əhəmiyyətli və ciddi addımdır”, - deyə o vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova