Növbəti tur Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşacaq – Fazil Mustafa (ÖZƏL)

Növbəti tur Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşacaq – Fazil Mustafa (ÖZƏL)

Bakı, TurkicWorld

Artıq rahatlıqla demək olar ki, növbəti tur Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşacaq. Bu sözləri TurkicWorld-a özəl aşıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, növbəti turun qələbə ilə nəticələnməsi üçün birinci turdakı fundament yetərlidir.

“Ən az Sinan Oğana səs vermiş elektoral bazanın neytrallığı, hətta 1 faizinin Ərdoğana, xüsusilə də PKK/YPG-yə qarşı nifrət edən, onu qəbul etməyən bir hissənin bu tələbə qarşı yönəlməsi hər halda çox şeydən xəbər verir.

Onun sözlərinə görə, seçki prosesində statistik məsələlərdən çox psixoloji məsələlərə baxılmalıdır.

“İkinci turda parlamenti uduzmuş bir komandanın yenidən səfərbər olması çox şətin məsələdir. Çünki ilk növbədə əsas məqsəd parlamenti qazanmaq idi. Cəmiyyətdə belə bir psixoloji durum yaranır ki, prezidentlə konflikti olmayan parlament modelli ölkə daha rahat qanunları qəbul edə bilər və iş həyatı bundan daha çox canlana bilər. Bu baxımdan da bir sıra məsələlərdə psixoloji faktor daha çox Ərdoğanın xeyrinədir. Proses də çox güman ki, bu istiqamətdə yekunlaşacaq”- deyə millət vəkili vurğulayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Mehriban Xəlilli

@MXalilbekova