Keçmiş hərbçilərin pensiyaları artmır - Fazil Mustafa

Keçmiş hərbçilərin pensiyaları artmır - Fazil Mustafa

Bakı. TurkicWorld:

Bu gün Azərbaycanın sərhəd bölgələrində Ermənistanın işğalçı bölmələri və onları dəstəkləyən Avropa İttifaqı və digər himayədarları tərəfindən Azərbaycanın suveren hüquqları pozulur.

TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, hərbçilərimizin hüquqlarını qorumaq lazımdır.

"2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün onların pensiyası artmır. Bu gün birinci zərbəni öz üzərinə sərhəd qoşunları, hərbçilərimiz götürür. Əlahiddə xidmət edən insanların hər hansı şikayəti olmamalıdır. Onların konkret şikayəti üzrə konkret addımlar atılmalıdır. Bu istiqamətdə bütün qurumların dərhal özünə aid məsuliyyəti anlaması lazımdır. Hərbçini incidəcək heç bir fəaliyyət olmamalıdır", - deyə o əlavə edib.