Skuter və velosipedlərə xüsusi yollar çəkilməlidir – Fazil Mustafa (ÖZƏL)

Skuter və velosipedlərə xüsusi yollar çəkilməlidir – Fazil Mustafa (ÖZƏL)

Bakı, TurkicWorld

Skuter və velosipedlərə xüsusi yollar çəkilməlidir.

Bu sözləri TurkicWorld-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, skuter və velosipedlərin magistral yola çıxaraq hərəkət etməsi həqiqətən də narahatedici məsələdir.

“İstər piyada, istər skuter, velosiped olsun və s. bu kimi vasitələrdən istifadə edən şəxslər sürücülərin hərəkətinə mane olur. Onlar heç bir şəkildə sürücülərə çətinlik yaratmamalıdırlar. Hər birinin öz yolu olmalıdır”, - deyə millət vəkili bildirib.

O deyib ki, bu problemə biz hər zaman ciddi yanaşmalıyıq.

“Düşünürəm ki, bu məsələdə narahatedici məqam alternativ yolun olmamasıdır.. Bu problemi skuter və velosipet və s. kimi nəqliyyat vasitə istifadəçilərinin üzərinə yıxmaq doğru deyil. Çünki onlar da hərəkət etməlidir. Biz bu məsələni həll etmək üçün ilk növbədə yol infastrukturunu genişləndirməliyik”, - deyə F.Mustafa qeyd edib.

F.Mustafanın fikrincə, yol nəqliyyat hadisələrinin artmasının əsas səbəbi yalnız bu deyil.
“Bu problemin əsas səbəbi yolun düzgün qurulmamasıdır. Yeni qurulan yollarda böyük səhvlərə yol verilib, körpülər doğru çəkilməyib. Bu istiqamətdə yenidən hansısa bir infrastrukturu qurmaq olduqca mürəkkəbdir. Məsələyə çox ciddi yanaşmalı və onun həll yolunu tapmaq üçün əlimizdən gələni əsirgəməməliyik”,- deyə millət vəkili deyib.

Mehriban Xəlilli

@MXalilbekova