Son dəqiqə

Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistan Qırğızıstan

Bişkekdə: Türk dünyasının mədəni irsi sahəsində strateji istiqamətlərin müəyyən edilməsi və fəaliyyət planlarının təsdiqi

BAKI,TurkicWorld

27 fevral 2026-cı il tarixində Qırğız Respublikasının sədrliyi, təşkilata üzv ölkələrin Mədəniyyət nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun Şurasının üçüncü iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk dövlətlərinin Başçılarının təşəbbüsü və dəstəyi ilə yaradılmış beynəlxalq təşkilatdır. Fondun əsas məqsədi türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, tədqiqi və təşviqi, həmçinin türk ölkələri arasında elmi, nəşr fəaliyyəti və humanitar əməkdaşlığın inkişaf etdirilməsidir.

İclasın məqsədi türk dövlətləri başçılarının tapşırıqlarına uyğun olaraq, “Türk Dünyasına Baxış– 2040” sənədi, TURKTIME devizi və Türk dünyası Xartiyası çərçivəsində türk mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində strateji addımların müzakirə edilməsidir.

İclas çərçivəsində Fondun 2025-ci il üzrə fəaliyyətinin nəticələrinin təqdim olunması, həyata keçirilən layihə və təşəbbüslərin hazırki vəziyyətinin nəzərdən keçirilməsi, həmçinin 2026–2027-ci illər üçün prioritet fəaliyyət istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır. Xüsusilə mədəni irsin qorunması və rəqəmsallaşdırılması, elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə beynəlxalq proqramların həyata keçirilməsi və türk məkanında humanitar dialoqun gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

İclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Türk Dövlətləri Təşkilatının Baş katibi, həmçinin Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikasının mədəniyyət nazirləri və rəsmi nümayəndələri iştirak edəcəklər.

Türk Mədəniyyəti və İrsi Fondunun Şurasının Qırğız Respublikasında keçiriləcək üçüncü iclası Fond tərəfindən təşkil olunan illik görüşlər ənənəsinin davamıdır. Belə ki, əvvəlki iclaslar Azərbaycan Respublikasında (2024) və Qazaxıstan Respublikasında (2025) keçirilmişdir. Bu iclas Fondun türk dünyası ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi və davamlı qarşılıqlı fəaliyyətin inkişafı istiqamətində öz missiyasını ardıcıl şəkildə həyata keçirdiyini bir daha təsdiqləyir.

Tədbirin xəbər lentlərində, ənənəvi və rəqəmsal media vasitələrində həmçinin televiziya və radio efirində geniş şəkildə işıqlandırılmasının təmin olunmasını xahiş edir və və Sizi tədbirdə iştirak etməyə dəvət edirik.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin akkreditasiyası yaxud əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Təşkilatçılar: Qırğız Respublikası Mədəniyyət, informasiya, idman və gənclər siyasəti Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu (Azərbaycan, Bakı).

Əlaqə üçün:

Türk Mədəniyyəti və İrsi Fondunun tədqiqat üzrə mütəxəssisi – Nazgül Omurzakova
Tel: +996 995 200 385 (WhatsApp)

Email: [email protected]

Web: www.turkicheritage.org, www.heritageturkic.org.

Mövzuya görə xəbərlər