Son dəqiqə

Türkmənistan Qırğızıstan Sadır Japarov Serdar Berdiməhəmmədov

Sadır Japarov Türkmənistana səfər edib

Bakı,TurkicWorld

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Türkmənistan paytaxtı Aşqabada işgüzar səfərə gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Japarovu, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Baymurad Annamamedov və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanında milli geyimli uşaqlar Sadır Japarovu qarşılayaraq ona gül dəstələri təqdim ediblər.

Qeud edək ki, Japarov Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Türkmənistanın 300 illik yubileyinə həsr olunmuş “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” adlı beynəlxalq forumda iştirak edəcək.

Mövzuya görə xəbərlər