Son dəqiqə

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyəyə səfər edən azərbaycanlıların sayı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-ci ilin avqustunda Azərbaycandan Türkiyəyə 124 min 905 turist səfər edib ki, bu da 2023-cu ilin avqustu ilə müqayisədə 3,13 faiz çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,83 faiz təşkil edib.

2024-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 658 min 378 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,11 faiz çoxdur.

2024-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 1,84 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin avqustunda Türkiyəyə 6 milyon 825 min 403 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 2,47 faiz çoxdur.

2024-ci ilin yanvar-avqust aylarında 35 milyon 803 min 874 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,11 faiz çoxdur.

Mövzuya görə xəbərlər