Son dəqiqə

Qazaxıstan Türkmənistan Murat Nurtleu

Orta Asiya dövlətlərinin hərtərəfli yaxınlaşması dövrün tələbləri ilə bağlıdır – Murat Nurtleu

Bakı,TurkicWorld:

Orta Asiya dövlətlərinin hərtərəfli yaxınlaşması dövrün tələbləri ilə bağlıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı deyib.

Qazaxıstan və Türkmənistan qarşılıqlı fəaliyyətin yeni sahələrini müəyyən ediblər.

“Biz bu ilin avqustunda Astanada Məşvərət Şurasının 6-cı sammitinə hazırlıq məsələlərini müzakirə etdik. Xüsusilə, biz “Mərkəzi Asiya-2040” regional əməkdaşlığın inkişafı strategiyasının imzalanmasını vacib hesab edirik. Bundan əlavə, ümid edirik ki, 21-ci əsrdə Mərkəzi Asiyada bütün tərəflər arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında saziş imzalanacaq”, – deyə Murat Nurtleu bildirib.

Mövzuya görə xəbərlər