Son dəqiqə

Özbəkistan Qırğızıstan

Özbəkistanda Qırğızıstanın Mədəniyyət Günləri keçiriləcək

Bakı,TurkicWorld

Özbəkistanda Qırğızıstanın mədəniyyət günləri keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov bildirib.

O qeyd edib ki, bu, mədəni-humanitar sahədə əməkdaşlığın intensivləşdirilməsinə böyük kömək olacaq.

“Xalqlar arasında mədəni dialoq yaxşı ənənəyə çevrilib. Mədəniyyət, incəsənət, kino və idman sahələrində hadisələrin mövcud dinamikasını saxlamaq bizim üçün vacibdir. Şübhəsiz ki, bu tədbir xalqlarımız arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsi üçün bir növ körpüdür”,- deyə A.Japarov vurğulayıb.

Mövzuya görə xəbərlər