Son dəqiqə

Malayziya Qırğızıstan Sadır Japarov Jeenbek Kulubayev

Qırğızıstan və Malayziya XİN ikitərəfli əlaqələri müzakirə edib

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Malayziyanın XİN rəhbəri Utama Haji Mohamad Haji Hassan ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı tərəflər 2024-cü ilin fevral və aprel aylarında Xarici İşlər Nazirlikləri vasitəsilə keçirilən tədbirlər nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə praktiki tədbirlər və addımları əsaslı şəkildə müzakirə ediblər.

Həmçinin, xarici əlaqələr idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin əsas məsələlərini və Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Malayziyanın Baş naziri Ənvər İbrahim arasında danışıqların gündəliyindəki əsas beynəlxalq mövzuları müzakirə ediblər.

Sonda tərəflər Ənvər İbrahimin Qırğızıstana səfərinin iki ölkə arasında əlaqələrin inkişafına və genişlənməsinə yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər