Son dəqiqə

Cənubi Afrika Respublikası

Cənubi Afrikada binanın çökməsi nəticəsində 30-dan çox insan ölüb

Bakı. TurkicWorld:

Cənubi Afrikada binanın çökməsi nəticəsində 30-dan çox insan ölüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının Corc Bələdiyyəsindən açıqlama verilib.

Qeyd edilib ki, bu gündən etibarən dağıntılar altında qalan 62 işçinin hamısının xilas edildiyi, axtarış-xilasetmə işlərinin sona çatdığı bildirilib.

Açıqlamada hadisə nəticəsində 33 nəfərin həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, yaralanan 29 işçidən 10-nun xəstəxanada müalicəsinin davam etdiyi, ölən 33 işçidən 2-nin şəxsiyyətinin hələlik müəyyən edilmədiyi bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər