Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan G20 sammiti Cənubi Afrika Respublikası Qəzza münaqişəsi 2025 Rusiya Ukrayna müharibəsi

Cənubi Afrikada G20 Zirvəsi başlayıb

BAKI,TurkicWorld, Fərid Mikayılov

Bu il Cənubi Afrikanın ev sahibliyi etdiyi G20 Liderlər Zirvəsi, “Dayanıqlılıq, Bərabərlik, Davamlılıq” əsas mövzusu ilə start götürdü.

TurkicWorld xəbər verir ki, zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Zirvə, Johannesburg EXPO Mərkəzində keçirilən rəsmi qarşılanma mərasimi ilə açılıb. Ərdoğan sabah zirvə çərçivəsində iki ayrı iclasa qatılacaq, ikitərəfli görüşlər keçirəcək və liderlər şərəfinə verilən rəsmi naharda iştirak edəcək.

Dünya liderləri Cənubi Afrikada bir araya gələrək, ən böyük 20 iqtisadiyyata malik ölkələrin başçıları kritik qlobal məsələləri müzakirə edəcəklər.

Zirvə gündəliyində əsas mövzular Qəzzada davamlı sülhün təmin edilməsi və Rusiya-Ukrayna münaqişəsi olacaq.

Mövzuya görə xəbərlər