Bakı. TurkicWorld:
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Qırğızıstanın Xarici İşlər naziri Ceenbek Kulubayev, Qəzzada törədilən qətliamın dünya təhlükəsizliyinə yaratdığı riskləri müzakirə ediblər.
TurkicWorld-un məlumatına görə, bu barədə Hakan Fidan məlumat verib.
"Rusiya-Ukrayna müharibəsi, Türkiyənin Qara dənizdə ən böyük sahilə malik ölkə kimi mövqeyi, Türkiyənin Ukrayna və Rusiya ilə əlaqələri və bunun taxıl müqaviləsinin yenidən canlanmasında necə təsirli ola biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. İsrailin Qəzzada davam edən qırğınları və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının yaratdığı təmas qrupunun işi haqqında müzakirələr apardıq",- deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana rəsmi səfər edib.
Bu, 2024-cü ildə Qırğızıstanın ev sahibliyi etdiyi ilk rəsmi səfər olub.
Aytac Süleymanova
Twitter: a_alieva_







