Son dəqiqə

Ceyhun Bayramov XİN Kubanıçbek Ömüraliyev Bəxtiyar Saidov Türk dövlətləri Astana Hakan Fidan Murat Nurtleu

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Astanada Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı öncəsi iclası keçirilib.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu və TDT-nin baş katibi Kubanıçbek Omuraliev nazirlik binasında keçirilən görüşdə iştirak ediblər.

İclasda TDT-də müşahidəçi qismində iştirak edən Türkmənistan xarici işlər nazirinin müavini Berdi Matiyev və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto da iştirak edib.

Görüşdə nazirlər TDT Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısının gündəmini və qəbul ediləcək qərarları dəyərləndiriblər.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər