Son dəqiqə

XİN

Azərbaycan XİN Türkiyəyə helikopter qəzası ilə bağlı başsağlığı verib

BAKI, TurkicWorld

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Eskişehir şəhərində baş verən helikopter qəzası ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib.

Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Hadisədən zərər çəkən hər kəsə və onların yaxınların

Mövzuya görə xəbərlər