BAKI,TurkicWorld
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevi 2026–2030-cu illər müddətinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi təyin olunması münasibətilə təbrik edib.
Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Ona bu mühüm vəzifəsində uğurlar arzulayır, Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə, eləcə də AQEM-in məqsədlərinin həyata keçirilməsinə töhfə verməsini diləyirik", - deyə paylaşımda qeyd edilib.






