BAKI, TurkicWorld
Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxdıqdan sonra qəza edib.
Hadisə yerində helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qəzanın səbəbi və mümkün itkilər barədə hələlik məlumat verilməyib.



