Son dəqiqə

PUA BƏƏ Sepah Hava hücumundan müdafiə helikopter Hörmüz boğazı Fars Körfəzi İran-ABŞ münasibətləri Raket İran dövlət televiziyası

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

BAKI,TurkicWorld,Vüsalə Əzimzadə

İran ABŞ-yə məxsus “MQ-9” tipli pilotsuz uçuş aparatını (PUA) Hörmüz boğazı üzərində hava hücumundan müdafiə raketi ilə vurduğunu açıqlayıb.

“Mehr” xəbər agentliyinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən yaydığı məlumata görə, vurulan PUA daha sonra Fars körfəzinə düşüb.

Bundan başqa, İran dövlət televiziyası ölkə ordusunun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Əl-Minhad aviabazasına onlarla PUA ilə hücum etdiyini bildirib. Məlumata görə, hücum zamanı ABŞ ordusuna məxsus helikopterlərin və hərbçilərin yerləşdiyi ərazilər hədəf alınıb.

Məlumatda hücumların nəticələri və itkilər barədə əlavə məlumat verilməyib.

Mövzuya görə xəbərlər