Bakı,TurkicWorld
Azərbaycan-İtaliya münasibətləri möhkəm təməl üzərində qurulub və uğurla inkişaf edir.
TurkicWorld-un müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə brifinq zamanı çıxışında deyib.
Nazir bildirib ki, bu illər arasında ölkələrimiz arasında çoxsaylı sənədlər imzalanıb.







