Bakı,TurkicWorld
İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşündə Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa əsaslanan iqtisadi əlaqələrin güclənməsindən məmnunluq vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu baxımdan bu ilin oktyabr ayında Romaya səfər çərçivəsində keçirilmiş görüş və müzakirələr önəm daşıyır. Əldə olunmuş razılaşmaların davam etdirilməsi, yeni birgə təşəbbüslərin və investisiya layihələrinin təşviqi məsələləri diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.







