Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Sadır Japarov

Türkiyə prezidenti Ərdoğan Sadır Japarovu andiçmə mərasiminə dəvət edib

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, R.T.Ərdoğan Qırğızıstan prezidentini andiçmə mərasiminə dəvət edib.

Bundan əlavə, tərəflər birgə əməkdaşlığın perspektivlərini və bir sıra regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə prezidentinin andiçmə mərasimi 3 iyun tarixində olacaq.

Xatırladaq ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər