Yanvar-noyabr ayında Türkiyə Qırğızıstana polad ixracını artırıb

Yanvar-noyabr ayında Türkiyə Qırğızıstana polad ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Qırğızıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz artıraraq 19,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Qırğızıstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 58,4 faiz artıraraq 230,6 min dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq 19,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 33,1 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,3 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 22 milyard dollar məbləğində polad ixrac edib.