Son dəqiqə

Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları Muğla Dalaman Hava limanı Türkiyə yük daşımaları Türkiyə limanlarında yük daşımaları Hava yük daşımaları Sərnişin sayı hava limanında sərnişin rekordu

Dalaman Hava Limanında uçuş sayı 45 faiz azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 89 min 53 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 79 min 429 nəfər, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 9 min 624 nəfər təşkil edib.

2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 715 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 632 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 22 faiz artaraq, 83 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 45 faiz azalaraq, min 30 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 48 faiz azalaraq, 927, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 103 olub.

2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər