Son dəqiqə

Yük daşımaları Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyə limanlarında yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları hava limanında sərnişin rekordu

Keçən il Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin dekbar ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 3 milyon 873 min 979 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 3 milyon 31 min 199 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 842 min 780 nəfər təşkil edib.

2025-ci ilin dekabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 38 min 16 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 24 min 450 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 13 min 567 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin dekabr ayı ilə müqayisədə 1 faiz artaraq, 42 min 352 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 24 min 908 beynəlxalq reyslər üzrə isə 0,03 faiz azalaraq 17 min 444 olub.

2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər