Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Diyarbakır Hava limanı Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Diyarbakır hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin noyabr ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 2 milyon 119 min 798 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 924 min 182 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 195 min 616 nəfər təşkil edib.

2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 20 min 523 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 16 min 936 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 3 min 587 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7 faiz artaraq, 12 min 953 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 11 min 573, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq min 380 olub.

2025-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 229 milyon 584 min 573 nəfər, yük daşınması isə 4 milyon 738 min 323 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər