Son dəqiqə

Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin təyyarələri Muğla Dalaman Hava limanı Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Muğla Dalaman hava limanında sərnişindaşıma 5 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin oktyabr ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq, 5 milyon 400 min 656 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 1 milyon 844 min 913 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 3 milyon 555 min 743 nəfər təşkil edib.

2025-ci ilin oktyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 65 min 559 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 15 min 375 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz azalaraq, 50 min 184 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 3 faiz artaraq, 46 min 793 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 23 min 103, beynəlxalq reyslər üzrə isə 0,7 faiz azalaraq 23 min 690 olub.

2025-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 211 milyon 111 min 374 nəfər, yük daşınması isə 4 milyon 325 min 634 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər