Heydər Əliyev prospektində yük avtomobillərinin sürücülərinin yolu bağlaması nəticəsində yaranan tıxac aradan qaldırılıb.
Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, maşınların ikisi götürülüb, əsas yol açılıb.
"Hazırda yol polisləri yolda hərəkətin tənzimlənməsi ilə bağlı tədbirlər görür", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayıb və nəticədə Heydər Əliyev prospektində tıxac yaranıb.