Son dəqiqə

Azərbaycan Bakı Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi

Yol Polisi altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

BAKI,TurkicWorld

Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə TurkicWorld-ə Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur.

Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq.

Mövzuya görə xəbərlər