AYNA və DYP taksiləri yoxlayacaq

AYNA və DYP taksiləri yoxlayacaq

Bakı. TurkicWorld:

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün AYNA informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

Bu barədə TurkicWorld-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək. Bununla yanaşı, ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.