Sentyabrın 27-də Vətən Müharibəsinin başlanmasının 1 illik anım günü ilə əlaqədar paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.
Bu barədə TurkicWorld-a Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, Anım Günü ilə əlaqədar saat 12:00-da Bakı şəhərinin avtomobil yollarında hərəkət dayandırılacaq: "Vətən müharibəsinin başlanması ilə əlaqədar şəhər ərazisində 1 dəqiqəlik sükut elan ediləcək. Həmçinin həmin gün səhər saat 06:00-dan 14:00-a qədər anım günü ilə keçiriləcək tədbirlərlə əlaqədar Bakının bir sıra küçə və prospektlərində, Azneft" dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarına qədər avtomobillərin hərəkəti məhdudlaşdırılacaq".