BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.
Bəzən insan hansı ölkədə yaşadığını unudur. Azərbaycan məgər tarixi olaraq islam dünyasının tərkib hissəsi deyildirmi? Azərbaycanda hələ də uşaqlara Əhməd, Əli, Ömər kimi adlar qoyulmurmu? Bu məsələnin bir tərəfi.
Daha sonra hansı metrik araşdırmalar hicabın və ya digər dini atributların təhsilə mane olduğunu göstəribdir. İnanclı ailələrin uşaqları arasında tərbiyə və təhsil səviyyəsinin aşağı olmasını göstərən metrik araşdırmalar varmı? Ümumiyyətlə, məsələnin bu cür qoyulması Türkiyədə olan acı təcrübəni niyə göz önünə gətirmir?
İllərlə Türkiyədə zahiri görünüş bəhanə edilərək təhsilə əl çatanlıq qarşısında manelər yaranmadımı? Bu Sovet metodudur. Sovet də kənddə nənələrin baş örtüsünə qarışmırdı. Amma Sovet təhsilin qarşısında hicabı mane edirdi. Hətta hicabı çıxardana heykəl də qoya bilirdi. Bu sovet üsuludur. Hicabı aç və oxu. Nə üçün? Onsuz da təhsilin əl çatanlığının getdikcə azaldığı ölkəmizdə bu cür yanaşma bizim gəncləri savadlı halamı gətirəcəkdir? Bununla nəyə nail olacağıq ki?
Aşırı kamalist Türkiyə nə əldə etdi ki, illərlə. Bir də qayıdıram bir məsələyə bu ölkənin ən böyük dərdi metrik araşdırmaların olmamasıdır. Şəsxlərin şəxsi keyfi və baxışları əhalisinin böyük hissəsinin özünü müsəlman hesb etdiyi bir ölkədə təhsilin əl çatanlığına ideoloji səbəbləri əsas gətirərək daha da bərbad hala gətirməsin.
Əsas odur ki, balalarımız savadlı və əxlaqlı olsun. Müsəlman hicab taxsın, yəhudi vətəndaşın balası kipa taxsın, xristyan vətəndaşın balası da lap xaç taxsın. Hərə öz dinində olsun.
