Son dəqiqə

Azər Hüseynov

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

Bu yazı qəribə gələ bilər. İndi izah edim. İnsanlıq islama ehtiyac duyur. Nə üçün ? Çünki İslam ilk öncə tövhidi əmr edir. İnsanlıq əxlaqi dəyərlər və fikir əsasları baxımından islama ehtiyac duyur. Çünki insanlıq bu gün brendlər və trendlər ilə qul vəziyyətinə gətirilibdir. Siqarasını sümürən, otağında oturan bir maqnat dünyaya dəb verə bilir. Dərhal medialar onu tiraj edir. Overton pəncərələri açılır.

İnsanlıq yox olma təhlükəsi ilə üzləşir. Çünki fitrət pozulan yerdə insanlıq təhlükədədir. İnsanlığı savaşlar bitirməz. Bitirə bilmədi də. Amma insanlığı sapıqlıqlar bitirə bilir. Ki, ən üstün sivilizasiyaların bir çoxunu sapıqlıq bitirib. Cinsi üzvün sinir həssaslığının incəsənət və mədəniyyət etoluna çevrilməsi. Onun malalanması. Onun ətrafında fəlsəfi müzakirələr aparılması. Ona görə insanlıq islama ehtiyac duyur.

Amma müsəlman dünyası da insanlığa. İslamın və fitrətin əmr etdiyi insani meyarların islam dünyasında əsas olmasına. Bunun başında isə insanın fikir azadlığı gəlir. Quran bunu hayqırır. Rəsulullahın və ilk dörd xəlifənin dövrü bunu hayqırır. Fikrini azad ifadə edə bilməyib qarşısında dayanan düşüncə Quran düşüncəsi deyildir. Quranı əsas almayan cəmiyyət isə müsəlman cəmiyyəti ola bilməz.

Mövzuya görə xəbərlər