Son dəqiqə

Azər Hüseynov

Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

Gecə kiminlə danışır insan ? Həmsöhbətləri dəyişir. Birinci öz arzuları ilə. Evi yoxdursa beynində ev tikir. Otaqları təmir edir. Gücü yoxdursa xəyallarında güclü personaj olur.

Sevgidən və ya sevgisiz haldan əziyyət çəkirsə ya uzaq keçmişdə bəlkə də bir sevdiyi olub onunla fikrində danışır, ya da sevgi içində isə onun meyvələrini, yəni övladlarını xoşbəxt görmək istəyir. Ana atası yoxdursa uşaqlığına gedir və onlarla danışır. Hərdən daha heç yerdə satılmayan atasının istifadə etdiyi bir odekolon iyisi gəlir burnuna, ya da ki, öz saçına ağarmağa başladığı yerdən baxıb düşünür ki, atamda da belə başlamışdı. Ya da anasını öpür qucaqlayır bağrına basır.

Nənə baba sevgisi görübsə nənə babasının yanında oturub səmada ulduz sayan vaxtları yada düşür. Kimlərlə danışmır ki, insan. Bəzən hər gün az qala birlikdə olduğu dostlardan uzaq düşməsinin Maddi tərəflərini necə düzəldib yenidən o günləri qaytarmaq istəyir. Bəzən köhnə qonşuları yada düşür. Məhəllənin köhnə adamları. Və sonda o adam xoşbəxtdir ki, o, Allahla danışır. Çünki hər şey Onun əlindədir. Amma son zamanlar, dini qurulaşdırmış olan qəliz xatiblərin özlərinin belə tanımadığı Allah anlayışı ilə deyil, Allahın öz kitabında verdiyi anlayış üzərindən danışır. Pulu yoxdurmu, deyir ki, Allahım ruzi verənlərin ən yaxşısı Sənsən mənə ruzi ver. Xəstədirmi? Deyir Allahım şəfa Səndəndir, mənə şəfa ver. Bu imansızlıq küləkləri arasında imanından qorxursa deyir ki, Ya Rəbbi məni və əhlini Sənin dinində sabit elə. Günahları çoxdur və utanırsa deyir ki, Allahım, məni bağışla və utandırma. Bax belə .....

Mövzuya görə xəbərlər