BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.
İllər öncə belə bir kitab oxumuşdum. Allahın izni ilə. Şeyx Yusuf Qardavinin öncəliklər fiqhi kitabını. Məsələnin sadə izahı budur ki, addım atanda öncəliklə nə etmək lazımdır. İllərlə öz aramızda dindarlar olaraq bu söhbətləri etdik. Bəzən aşırı düşüncələrə də getdik. Bəzən isə qeyri-müəyyənliyə düşdük. İndi də hərdən bu haqda söhbət edirik.
Harada olursan ol bir müsəlman üçün öncəlik əqidədir. Lakin nə fəlsəfi açılış ilə mücərrəd bir şey deyil. Nə bəzilərinin ortaya qoyduğu kimi detallarda ilişib qalmış bir şey deyil. Nə də ki, bəzi aşırı radikal düşüncələrin ifadə etdiyi kimi daşınması mümkün olmayan psixi problem deyildir.
Əqidə kimlikdir. Nə deməkdir:
1. Allah ilə rabitə. Yəni, müsəlman şəxsiyyət Allah ilə rabitə dedikdə ilk öncə namazda niyazda məsuliyyət sahibi olacaqdır. Və bu rabitə onun kimliyində bilinəcəkdir;
2. Daha sonra Rəsulullahın məişət sünnəsini yaşayacaq və ya yaşamağa çalışacaq. Bacardığı ölçülərdə müsəlman kimliyini ifadə edən sünnəni ortaya qoyacaq. Bacardığı qədəri nə azaldacaq plastilin olmayacaq, nə də daşıya bilməyəcəyi yük halına salmayacaq;
3. Məzhəb üstü islam ailə anlayışına sahib olacaq. Bu onun hansı məzhəbi seçib seçməməsi deyil, təməl İslami prinsiplərin üstün görülməsidir. Tövhid, rəhmət, yaxşılıq və ədalət, əxlaq:
4. Özündə olan, toplumunda olan dərdləri buraxıb ikinci və üçüncü dərəcəli işlərlə məşğul olmayacaq.
Bəs bu gün incəlik və öncəlik nədir? İlk öncə özünü islah etmək. Özünü islah edən topluluq qurtardı. Bu gün islami toplumların hər birinin islaha ehtiyac duyduğu yönləri vardır:
- sələfilərin yumşaqlığa;
-Sufilərin təsəvvüfü Quran meyarlarına uyğun etməyə;
- məzhəb əhlinin təəssübü tərk etməsinə;
-intellektualların ibadətə məsuliyyət duymasına;
- şiə olanların ifrat təqliddən dəlilə üz tutmasına;
-Modernistlərin də özünə sual verməsinə ....
- özünü Quran əhli sayanların üsula və praktik sünnəyə ..
