Azərbaycan Milli Məclis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Anar Əliyev Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

Mənzil növbəsində olan bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin olunacaqlar – Nazir

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə əlilləri üçün mənzil və ya fərdi evlərin inşasında maraqlı olmaması fikri yanlışdır.

TurkicWorld xəbər verir ki, bunu əmək və əhalinin müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda həmin kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün iki proqram icra edilir:

"ƏƏSMN-in bu proqramları icra etməsi üçün kifayət qədər vəsaiti var. Bu proqramlar dayandırılmayıb. Nazirlik ölkə üzrə yeni inşa edilmiş binalarda mənzillərin alışını həyata keçirir. Bu məqsədlə müvafiq tenderlər elan edilir. Bu proqram çərçivəsində 15,7 min mənzil və fərdi evin verilməsi təmin olunub. 2018-2025-ci illərdə bu kateqoriyadan olan şəxslərə 10 min mənzil və fərdi evin verilməsini təmin edilib. Postmüharibə dövründə isə 6,9 min mənzilin verilməsi təmin edilib. Cari ildə bu məqsədlər üçün 400 yaxın mənzilin alınması təmin ediləcək. Dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq. Mənzil-məişət şəraitin yaxşılaşdırılmasına ehtiyacı olan məznil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunacaqlar".

Mövzuya görə xəbərlər