Son dəqiqə

Baş prokurorluq Kamran Əliyev Milli Elmlər Akademiyası AMEA

AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma aparılır - Baş Prokuror

Bakı, TurkicWorld

Azərbaycan Milli Elmlər Akademiyasında 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma hərtərəfli aparılır.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat veriləcək".

Mövzuya görə xəbərlər