Bakı,TurkicWorld
Bu gün Quba rayon İcra Hakimiyyəti və Quba 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində mühüm bir görüş baş tutdu.
TurkicWorld xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edərək, mediasiyanın cəmiyyətimiz üçün əhəmiyyəti və yerli idarəetmədə tətbiqi barədə geniş məlumat əldə etdilər.
Mediasiya – mübahisələrin sülh yolu ilə həllində effektiv vasitədir!
Daha sürətli, ədalətli və qarşılıqlı razılığa əsaslanan həll yolları mümkündür!
Bu kimi maarifləndirici tədbirlər mediasiyanın daha geniş yayılmasına və cəmiyyətdə sülh mədəniyyətinin möhkəmlənməsinə töhfə verir. Birgə həll, davamlı nəticə!