Son dəqiqə

Cüdo

Paris-2024: Kotsoyevin fəndi fotomüsabiqənin qalibi olub

Bakı. TurkicWorld

Azərbaycan cüdoçusu Zelim Kotsoyevin "Paris-2024" Yay Olimpiya Oyunlarındakı fəndi əks etdirən foto müsabiqənin qalibi olub.

TurkicWorld İdman.biz-ə xəbər verir ki, bu müsabiqəni Avropa Cüdo İttifaqı təşkil edib.

Azərbaycan cüdoçusunun 1/4 finalda israilli Peter Palçiklə görüşdə işlətdiyi fənd səsvermədə 1-ci yeri tutub. Bu şəkli Beynəlxalq Cüdo Federasiyasının (İJF) fotoqrafı Qabriela Sabeu çəkib. Olimpiya çempionumuz bu görüşdə ipponla qələbə qazanıb.

Qeyd edək ki, Zelim finalda İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Mövzuya görə xəbərlər