Tokio Cüdo

Dünya cüdo mövsümü Tokioda yekunlaşacaq

Bakı, TurkicWorld

Cüdo üzrə Dünya turu Tokioda başa çatacaq.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, məhz bu şəhərdə beynəlxalq cüdo təqvimində ilin yekun turniri - "Böyük Dəbilqə" yarışı keçiriləcək.

Yaponiyanın paytaxtı dekabrın 7-8-də reytinq turnirinə ev sahibliyi edəcək.

Qeyd edək ki, iki gün əvvəl Əbu-Dabidə "Böyük Dəbilqə" turniri başa çatıb və orada Azərbaycan komandası 4 medal qazanıb: Zelim Tskayev (81 kq) çempion, Uşangi Kokauri (+100 kq) gümüş, Murad Fətiyev (90 kq) və Açelya Toprak (57 kq) isə bürünc medallara layiq görülüb.

Mövzuya görə xəbərlər