Bakı. TurkicWorld:
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.
TurkicWorld xəbər verir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yarışda Sunay Salamova (40 kiloqram) qızıl, Zəhra Quliyeva (40 kiloqram) gümüş, Pərvin Sevxanlı (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70 kiloqram) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.






