Son dəqiqə

Avropa çempionatı Cüdo

Cüdo üzrə Avropa çempionatında birinci yer tutan millimiz Vətənə qayıdıb

Bakı, TurkicWorld

Tallində (Estoniya) gənclər arasında cüdo üzrə Avropa çempionatında komanda hesabında birinci yerə çıxan Azərbaycan millisi Vətənə geri dönüb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, idmançılar Azərbaycan Cüdo Federasiyasının üzvləri, Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.

Komandamız çempionatı dörd qızıl, iki gümüş və iki bürünc medalla başa vurub.

Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Mövzuya görə xəbərlər